Fransada COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 8 078 nəfərə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sant publique France” agentliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 70 478 nəfərə çatıb, 6978 nəfər reanimasiyadadır, 16 183 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.
Daha əvvəl 7560 nəfərin öldüyü və 68,6 min nəfərin yeni növ koronavirusa yoluxduğu bildirilirdi.