Qırğızıstanda COVID-19 koronavirus infeksiyasına yoluxanların sayı 216-ya çatıb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Sabircan Abdikarimov açıqlayıb.
“Aprelin 6-na olan məlumata görə, COVID-19-a 69 yeni yoluxma hadisəsi qeydə alınıb. Bütün hallar müşahidə altında olanlarda aşkarlanıb. Ümumilikdə, respublikada 216 yoluxma hadisəsi var”, – deyə “RİA Novosti” onun sözlərindən sitat gətirir.
S.Abdikərimov beş nəfərin vəziyyətinin ağır olduğunu da bildirib.
Qeyd edək ki, aprelin ilk günlərində Qırğızıstanda koronavirus infeksiyasından ilk ölüm hadisəsi qeydə alınmışdı.