7 Aprel 2020 11:24
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda epidemiya səbəbindən vəfat edənlərin sayı çox olduğundan cəsədlər müvəqqəti olaraq parklarda dəfn edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Nyu-York şəhər məclisinin səhiyyə komitəsinin sədri Mark Leven deyib.

Komitə sədri bildirib ki, Nyu-York şəhərində epidemiya səhiyyə sistemi ilə morqların və dəfn şirkətlərinin durumunu çətinləşdirib: “Yaxın günlərdə Manhettendə və Bruklində soyuducu avtomobillər də cəsədlərlə dolacaq. Sonra? Bu səbəbdən də yaxın günlərdə “müvəqqəti dəfnlərə” başlanılacaq”.

Qazılacaq məzarlığa bir deyil, 10 tabut qoyulacağını qeyd edən Levin əlavə edib ki, bu müvəqqəti proses olacaq: “Amma Nyu-York sakinləri üçün yenə də çətin olacaq. Məqsədimiz İtaliyadakı kimi hərbçilərin kilsə və küçələrdən cənazə toplamaq məcburiyyətində qaçmaqdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər