Ermənistanda daha 28 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bununla respublikada 881 nəfərdə koronavirus infeksiyası təsdiqlənib.
Ermənistan Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yaydığı məlumata görə, 4287 test zamanı mənfi nəticələr qeydə alınıb. Hazırda 758 nəfər müalicə olunur.
8 xəstə bu səbəbdən ölüb.