Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkədə maska satışı qadağan olunub. Koronavirusdan qorunmaq üçün vətəndaşlara maska pulsuz paylanacaq.
Teleqraf.com xəbər verir ki, Türkiyə liderinin bu addımını İsrailin tanınmış jurnalisti Amiçai Steyin təqdir edib.
"Bunu yazdığıma inanmıram, ancaq Ərdoğanı nümunə götürməliyik", - deyə jurnalist Tvitter hesabında qeyd edib.