OPEC+ ölkələri bu gün keçirilən videokonfrans zamanı may-iyun aylarında neft hasilatının sutkalıq 10 milyon barrelədək azaldılması barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin sözlərinə görə, ABŞ Rusiya və Səudiyyə Ərəbistanı ilə birlikdə dünya neft bazarının sabitləşməsi üçün çalışır.
Bundan başqa, OPEC+ ölkələrinin yeni razılaşması uzunmüddətli xarakter də daşıya bilər.