10 Aprel 2020 10:00
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı Kralı Salman və Rusiya lideri Vladimir Putinlə 1,5 saat müzakirə aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Trampın özü bildirib.

ABŞ dövlət başçısı qeyd edib ki, hər iki liderlə Neft İstehsal Edən Ölkələr Birliyi (OPEK) və ondan kənarda olan neft istehsalçıları mövzusunu müzakirə edib:

“ABŞ dünya enerji sektorunda heç kimin işsiz qalmasını istəmir”.

Donald Tramp əlavə edib ki, Kral Salman və Putinlə çox effektiv danışıqlar aparıb: “Nəticəsini görəcəyik. Bildiyiniz kimi OPEK toplantısı oldu. Razılaşmaya çox yaxın olduqlarını deyə bilərəm”.

Rusiya və Səudiyyə Ərəbistanı arasında neft istehsalı məsələsində anlaşılmaz durum olduğunu xatırladan Tramp söyləyib ki,ortada kimin nə edəcəyini bilmədiyi qədər neft hasilatı var:

“Bu nefti saxlamaq üçün yetərli yer belə yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər