10 Aprel 2020 22:27
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da koronavirusdan 17 mindən çox insan vəfat edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə federal və yerli statistika hesablamalarına, həmçinin başqa mənbələrə istinadən Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı 470 mindən çox hadisə təsdiq edilib.

ABŞ-da 473 mindən çox insan virusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayı üzrə liderdir və pandemiya qurbanlarının sayına görə İtaliyaya yaxınlaşır. Qeyd edək ki, İtaliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.


Müəllif: Teleqraf.com