İtaliyada dərc olunan “İl Giornale” qəzeti iki məqaləsində Türkiyə haqqında sərt ifadələr işlədib.
Teleqraf.com xəbər verir ki, qəzet Türkiyənin getdikcə daha çox islamlaşdığını və Qərbi qorxutduğunu yazıb.
“Türkiyə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı qədər təhlükəli düşməndir və bölgədəki geosiyasi vəziyyətin pozulmasının əsas səbəbkarıdır”, deyə “İl Giornale”dəki məqalədə qeyd olunur.
Türkiyədə orta məktəblərdə hicab azadlığının təmin edilməsi ilə yanaşı, tatuaj, makiyaj və persinqin qadağan olunmasını diqqətə çatdıran qəzetdə yazılır ki, bu amillər İŞİD təhlükəsinin uzaq, Türkiyənin İslam təhdidinin isə çox yaxın olduğunun göstəricisidir.
Samir