11 Aprel 2020 14:53
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Rusiyada COVID-19 koronavirus infeksiyası təsdiqlənmiş şəxslərin sayı 1667 nəfər artaraq 13 584-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

“Son bir gün ərzində Rusiyanın 49 regionunda COVID-19-a 1667 yoluxma halı baş verib”, – deyə məlumatda bildirilib. Qeyd edilir ki, yoluxma sayı əvvəlki günlə müqayisədə 119 vahid azdır.

Son sutka ərzində Rusiyada koronavirusdan 12 ölüm hadisəsi baş verib. Bununla da ölənlərin sayı 106-ya çatıb.

Ümumilikdə hazırda Rusiyanın 82 regionunda koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.

Son sutka ərizində Rusiyada koronavirusa yoluxmuş 250 xəstə sağalaraq evə buraxılıb. Beləliklə, sağalmış insanların sayı artıq min nəfəri keçib – cəmi 1045 nəfər.


Müəllif: Səxavət

Oxşar xəbərlər