11 Aprel 2020 19:21
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Alyansının beş gəmisi və Gürcüstanın iki patrul kateri Qara dənizdə birgə təlimlər keçib.

Teleqraf.com xəbər veri ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“NATO-nun ikinci daimi bölməsi Gürcüstanın ərazi sularında, xüsusən Poti limanında səfərdə oldu. Gəmilərlə birlikdə təlimlərdə Daxili İşlər Nazirliyinin sərhəd polisinin sahil mühafizə bölməsinin R-23 “Oçamçira” və R-25 “Dioskuriya” katerləri iştirak edib”, – deyə Gürcüstan sahil mühafizəsinin nümayəndəsi Badri Şengeliya bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tərəflər Ümumdünya Səhiyyə Təşkilatının və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin tövsiyələrini nəzərə alıblar.

Məlumatda qeyd olunub ki, dənizçilər arasında təmaslar mümkün qədər məhdud olub, siqnal işıqları və bayraqlardan istifadə edərək gəmilər arasında məlumat mübadiləsi şəklində manevrlər edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər