Son sutka ərzində Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 73 nəfər artaraq 767-yə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dünən axşam xəstələrin biri də həyatını itirib və ölənlərin sayı 4-ə çatıb.
İndiyədək ölkədə koronavirusdan 42 nəfər sağalıb. Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min nəfər var.