12 Aprel 2020 11:58
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 06:53 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Aprelin 12-də gecə yerli vaxtla saat 02.03 radələrində Gürcüstanın cənubunda da 3,7 bal gücündə zəlzələ olub.

Gürcüstan Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı Ninotsminda şəhərindən 4 kilometr uzaqlıqda, Orocolari kəndində, 3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər