16 Aprel 2020 11:32
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük ehtimalla ölkələrin əksəriyyəti koronavirus peyvəndinin hazırlanması üçün ilk addımı atıb. İrəliləyiş əldə edə bilərlər, amma bu irəliləyiş sınaq prosesindədir, bundan kənara çıxmır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Mərmərə Universitetinin professoru Atilla Karaalp deyib.

Professor peyvəndin hazırlanmasının uzun zaman aparacağını bildirib: “Bu gün peyvənd hazırlansa belə, onu dərhal insanlar üzərində tətbiq etmək, müalicə prosesinə cəlb eləmək mümkün deyil. Əvvəlcə onun virusa qarşı nə qədər təsirli olmasına baxılacaq. İkincisi, nə qədər təhlükəsiz olması araşdırılacaq. “Biz peyvənd hazırlamışıq” deyib infeksiyanın yayılmasına zəmin yaratsaq, bu, daha təhlükəli olar”.

Atilla Karaalp gözləntilərin əksinə, peyəvndin payız aylarına qədər hazır olmayacağını bildirib: “Peyvəndin bu gün və ya payıza qədər hazırlanması gözləntilərimiz daxilində deyil. Peyvəndin hansı laboratoriyada hazırlanacağı araşdırmalarla mümkün olacaq”.

Professor peyəndə qədər müxtəlif dərmanların müalicədə təsirli ola biləcəyini istisna etməyib: “Müxtəlif dərmanların hazırlanması mümkündür. Təsirli dərmanları əsas götürərək, bu istiqamətdə müsbət irəliləyişlər əldə etmək olar. Məsələn, qızdırmaya qarşı istifadə olunan dərmanları yeni istiqamətlər və ya hədəflər üzrə istifadə etmək mümkündür. Bununla bir il ərzində müalicə prosesində dönüş yarana bilər, yeni dərmanların hazırlanması isə ən az 4-5 il çəkəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər