16 Aprel 2020 14:30
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikada koronavirusa yoluxma hallarının sayı 17 mini keçib, 910 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Afrika İttifaqı məlumat yayıb. Məlumata görə, xəstələrin ümumi sayı 17 212 nəfərə çatıb, 3542 xəstə sağalıb.

İnfeksiyaya ən çox yoluxma halı – 7,5 mindən çox – Şimali Afrika ölkələrində aşkarlanıb. Pandemiya ən az Mərkəzi Afrikaya təsir göstərib. Burada ümumilikdə təxminən 1,4 min COVID-19-a yoluxma faktı qeydə alınıb.

Afrikanın üç ölkəsində – Lesoto, Qərbi Sahara və Qəmər adaları ada dövlətində indiyədək koronavirusa yoluxma halı aşkar edilməyib.

Qeyd edək ki, Afrika İttifaqına 55 dövlət daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər