17 Aprel 2020 15:15
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin milli bayramı münasibətilə Suriya Prezidenti Bəşər Əsədi təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Əsrlər boyu davam edən Ermənistan-Suriya münasibətləri tarixən güclü dostluq, qarşılıqlı rəğbət, əməkdaşlıq ruhu və qarşılıqlı dəstək xarakteri daşıyır. Ermənistan böhran zamanı Suriyaya dəstək verdi, bunu erməni humanitar missiyasının fəaliyyəti də sübut edir. Əminəm ki, iki ölkə arasındakı ikitərəfli dialoq gələcəkdə iki dost xalqın rifahı naminə genişlənməyə davam edəcək”, - Paşinyan Əsədə məktubunda yazıb.

Əlavə edək ki, Ermənistan rəhbərliyinin Suriya rejimi ilə yaxın münsibətləri ABŞ tərəfindən kəskin şəkildə pislənilib. Bir müddət əvvəl rəsmi Vaşinqtondan verilən açıqlamada Paşinyan hökumətinə Əsəd rejimi ilə münasibətlərini yenidən nəzərdən keçirmək tövsiyə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər