Gürcüstan Prezidenti Salome Zurabişvili fövqəladə vəziyyət rejiminin uzadılması barədə sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, prezidentin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılıb.
“İnanın, fövqəladə bir vəziyyətə görə Pasxa bayramını qeyd edə bilməyəcəyimizə görə sizlərdən az narahat deyiləm”, - dövlət başçısı qeyd edib.
Zurabişvili infeksiyanın yayılmasının pik həddinin qaçılmaz olduğunu vurğulayıb.
Aprelin 18-nə olan məlumata görə, Gürcüstanda COVID-19 olan xəstələrin ümumi sayı 385-ə çatıb, onlardan 84-ü sağalıb, 3 xəstə ölüb.