22 Aprel 2020 12:26
3 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Finlandiyanı II Dünya Müharibəsi zamanı ruslara qarşı soyqrım həyata keçirməkdə ittiham edir. Müharibə zamanı Finlandiyanın Kareliya bölgəsində rusları məhv etdiyi bildirilir.

Teleqraf.com-un xəbərinə görəi, Rusiya Araşdırma Komitəsi bəyan edib ki, Federal Təhlükəsizlik Xidməti (FSB) məxfiliyi qaldırılan sənədlər üzərində ciddi iş aparır.

Kareliya bölgəsində yaşayan rusların 1941-1954-ci illərdə soyqrıma məruz qalıb-qalmadığını araşdıran komitə qeyd edib ki, milli-irqi fərqə görə atılan belə addımlar on illərlə cəzasız qalmamalıdır. Bu cür cinayətlərin zaman müddəti yoxdur.

Finlandiya isə Rusiyadan arxivlərin açılmasını tələb edib.

Finlandiya Xarici İşlər Nazirliyinin açıqlamasında bəyan edib ki, II Dünya Müharibəsi dövrü ilə bağlı bütün iddialar 1947-ci ildə bağlanan Paris Sülh Anlaşması ilə həllini tapıb.

Açıqlamada bildirilib ki, bu nə Rusiya, nə də Finlandiya üçün problemdir: “Finlandiyanın hərbi siyasəti müharibədən sonra məhkəmə tərəfindən araşdırılıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər