23 Aprel 2020 11:22
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Ətraflı Araşdırma və İnkişaf Şurasının sədri, həkim Riki Briqhti işdən qovub.

Teleqraf.com xəbər verir ki, buna səbəb həkimin Prezident Trampın koronavirusun müalicəsində hidroksiklorokinin istifadə edilməsi fikrinə qarşı çıxması olub.

Həkim bildirib ki, Trampın təklif etdiyi dərmana qarşı çıxdığı üçün işindən qovulub, amma buna baxmayaraq hazırda Milli Səhiyyə İnstitutunda çalışmalarını davam etdirir.

Onun sözlərinə görə, bu dərmanı qəbul etmək üçün ona ciddi təzyiqlər olub:

“Belə bir dərmana bu qədər pul verilməsinə görə hökümətə sərt reaksiya verdim. Səsimi qaldırdım, çünki mən bu ölümcül virusla siyasət düzəltmək yolu ilə mübarizə aparılmasının mümkün olmadığını bilirəm. Elmlə yol göstərilməsinə inananlardanam”.


Müəllif: Cavad

Oxşar xəbərlər