23 Aprel 2020 12:00
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus istefa verməyəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, baş direktor ABŞ-dan gələn istefa çağırışlarına sərt reaksiya verib.

O, bəyan edib ki, məsuliyyəti həyat xilas etməkdən ibarətdir:

“Bu qurumun müsbət yöndə dəyişməsinə və pandemiyaya fokuslanacağam. Gecə-gündüz həyat qurtarmaq üçün fəaliyyətimi davam etdirəcəyəm. Gedəcək uzun yolumuz var. Bu virus uzun müddət bizimlə olacaq”.

Baş direktor ABŞ-ın ÜST üçün əhəmiyyətli ortaq olduğunu deyib və Trampı qərarını yenidən nəzərdən keçirərərək ÜST-ü dəstəkləməyə çağırıb.

Xatırladaq ki, son günlər ABŞ-dan ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesusun istefaya çağırılması çağırışları çoxalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər