Qlobal enerji bazarında neftin qiymətlərində mənfi dalğalanma Səudiyyə Ərəbistanı iqtisadiyyatını vurub.
Teleqraf.com-un xəbərinə görə, ölkənin maliyyə naziri Məhəmməl əl-Cedan təşkil etdiyi mətbuat konfransında bəyan edib ki, böhranla mübarizə aparmaq və yaranacaq kəsiri nəzarət altında saxlamaq gücünə sahibdirlər.
Bununla belə nazir əlavə edib ki, xərcləri azaltmaq üçün önləyici tədbirlər almağı qiymətləndirirlər.
Koronavirus epidemiyasından əvvəl ölkənin borcunun 32 milyard dollara çatacağı gözlənilsə də, nazir ilk dəfə qeyri-neft sektorunda mənfi artım olacağını qeyd edib: “Şərtlər imkan verdiyi formada iqtisadiyyatı canlandırmaq üçün çox çalışırıq. İlk dəfə qeyri neft-sektorunda neqativ böyümə gözləyirik”.
Nazir koronovirusun yayılması səbəbindən səyahət və müvəqqəti təyinat xərclərinin azaldıldığını və bəzi layihələrin təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 19-da neftin qiymətlinin kəskin azalmasından sonra 2020-ci il dövlət büdcəsini 13,3 milyard dollar kiçildib. Ölkənin 2020-ci il büdcəsinin gəlirləri 222 milyard, xərcləri isə 272 milyard təşkil edəcək.