Şimali Koreyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ABŞ-ın hədəfləri dəyişməzdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Şimali Koreya lideri Kim Çin İnin səhhəti ilə bağlı danışan dövlət katibi bildirib ki, ABŞ Şimai Koreyanı nüvə silahından çəkindirmək üçün səyləri davam etdirəcək: "Şimali Koreya nüvə silahından imtina edərsə, ABŞ Şimali Koreya xalqının daha parlaq gələcəklə təmin edilməsini dəstəkləyər”.
Şimali Koreya lierinin sağlamlıq durumu haqqında informasiyaya sahib olmadıqlarını bildirən Pompeo deyib ki, ABŞ vəziyyəti çox yaxından izləyir.