ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsinin saytında yerləşdirilmiş məlumatlara koronavirusun daha bir neçə əlaməti əlavə edilib.
Teleqraf.com xəbər verir ki, koronavirusun daha 6 əlaməti mövcuddur. İndi simptomların siyahısına hərarət, qızdırma ilə müşahidə edilən titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya iybilmə hissinin itməsi əlavə edilib.
Koronavirusa yoluxmuş xəstələr bu simptomlar haqqında tez-tez danışırlar.
Daha əvvəl ABŞ-ın sanitar tənzimçisi koronavirusun yalnız üç ümumi simptomunu təsvir edib. Bunlar yüksək temperatur, öskürək və nəfəsalmada çətinlikdir.