Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatda Qriqoryanın Xankəndində Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşdüyü bildirilib.
Görüşdə bölgədəki son durum müzakirə edilib.