Livan ordusu Tripoli şəhərində iğtişaşları dayandırmaq üçün silahdan istifadə edib.
Teleqraf.com xəbər verir ki, bir sıra yerlərdə əsgərlər və etirazçılar arasında toqquşmalar baş verib.
Hər iki tərəfdən doqquz yaralananlar var.
Şəhər mərkəzindəki bank ofislərinə hücum edilib, bankomatların pəncərələri sındırılıb.
Etirazların yeni dalğasına milli valyutanın (Livan funtunun) iki dəfədən çox dəyərdən düşməsi səbəb olub. Valyatunanın dəyərdən düşməsi qiymətlərin 60 faiz qalxmasına gətirib çıxarıb.