Almaniyada ailə həkimləri və ümumi praktiki həkimlər sosial şəbəkələrdə lüt fotolarını yayaraq etiraz aksiyası keçiriblər.
Teleqraf.com xəbər verir ki, onlar aksiyaya kifayət qədər qoruyucu uniforma və maska olmadığını əsas gətiriblər, müdafiəsiz durumda olduqlarına diqqət çəkmək istəyiblər.
Aksiyaya 40 həkim qoşulub. Alman mediası etiraza reaksiya verməyə başlayıb.
Hazırdı Tvitter üzərində həkimlərin aksiyası davam edir.