Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Köçəryanın vəkilləri məlumat verib.
Sabiq prezidentin vəkillər qrupuna görə, Robert Köçəryan əməliyyat sonrası müayinə üçün tibb mərkəzinə köçürülüb: “Müayinənin nəticələrinə əsasən, sonrakı müalicənin xarakteri barədə qərar veriləcək”.
Robert Köçəryan ötən il oktyabrın 9-da İrəvanda İzmirlyan Tibb Mərkəzində əməliyyat edilib, bədənindən şiş götürülüb.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Gevorqyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş qərargah rəisi Yuri Xaçaturov 2008-ci il qanlı 1 mart hadisələrinin təşkilatçısı və icraçısı qismində ittiham olunurlar.
Təqsirləndirilənlər arasında yalnız Robert Köçəryan həbsdədir.