6 May 2020 13:45
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayında COVİD-19-a yoluxan amerikalı Kristian Bermea son 2 ayda 3 dəfə koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, Huyustonda yaşayan 26 yaşlı Kristian ilk dəfə martın 16-da virusa yoluxub və evində karantinə alınıb. Ondan sonra müalicə alan Kristianın səhhəti normallaşıb. Amma sonradan onunla bağlı test daha iki dəfə pozitiv çıxıb.

Onun həkimi Sandberq isə deyib ki, belə xəstələr mütəxəssislərdə suallar yaradır:

“Əslində testin pozitiv çıxması virusu insanlara yoluxduracağı mənasına gəlmir. Bu sadəcə bədəninizdə həmin genetik kodun bir parçası olduğunu göstərir”.


Müəllif: Cavad

Oxşar xəbərlər