7 May 2020 09:53
2 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya hökumətinə bağlı silahlı qüvvələr qiyamçı Haftar ordusuna silah-sursat daşıyan yük təyyarəsini hava limanına endikdən sonra vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hökumətinin yaydığı açıqlamada bildirilib.

“Antonov” tipli yük təyyarəsinin Tərxunə hava limanında vurulduğu bildirilib. Hücum nəticəsində Haftar ordusuna gətirilən silah-sursatın tamamilə yararsız hala düşdüyü qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər