8 May 2020 17:59
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mediası 10 min meqaton gücündə bir termonüvə bombasının (hidrogen bombası) Rusiyanın paytaxtı Moskvaya atılacağı təqdirdə ortaya çıxacaq mənzərə barədə yazıb.

Teleqraf.com xəbər verir ki, “We Are The Mighty” adlı saytda yayımlanan məqalə Rusiyada kəskin etirazlara səbəb olub.

İddiaya görə, ötən əsrdə elm adamı Eduard Teller belə bir bombanın hazırlanması üçün çalışıb. Amma ABŞ-da milyonlarla insanın ölümünə yol açacağı ehtimalına görə fəaliyyətini dayandırıb. İddiaya görə, hydrogen bombası həmin dönəmdə SSRİ-nin mərkəzinə atılsaydı, Avropanın yarıdan çoxu yox edəcək, ABŞ ərazilərini zəhərləyəcəkdi.

Adi bir termonüvə bombasının İngiltərə, Fransa, Almaniya, Cənubi Koreya və Şimali Koreya böyüklükdə ölkələri yox edə biləcəyinin yazıldığı məqalədə qeyd edilib:

“Ümid edirik ki, belə bir silahı əldə etmək üçün həm beyni, həm də axmaqlığı ola biri çıxıb öz komandasını qurmayacaq. Çünki indi dünyanı bir neçə dəfə yox edə biləcək kifayət qədər nüvə cəbbəxanamız var. Bunun üçün başqa bir bombaya ehtiyac yoxdur”.

Məqalə müəllifinə görə, Moskvaya atılacaq belə bir bombanın partlayış dairəsi paytaxtdan 1500 km məsafədə yerləşən Komi Muxtar Respublikasına qədər təsir edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər