9 May 2020 18:04
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də Türkmənistanın Axal vilayətinin Anau şəhərində ev heyvanlarının saxlanılması üçün kompleksin (zoomehmanxana) və ev heyvanları üçün veterinar klinikanın təntənəli açılışı olub.

Teleqraf.com xəbər verir ki, tədbir 1 may tarixində “Türkmən alabay itləri” (“Türkmən alabayları”) Assosiasiyasının sədri seçilən sənaye və inşaat naziri Sərdar Berdiməhəmmədovun iştirakı ilə keçirilib.

Qeyd edək ki, Sərdar Berdiməhəmmədov ölkə prezidentinin oğludur.

Türkmənistanın dövlət informasiya agentliyi TDH-nın məlumatına görə, kompleks ev heyvanlarının saxlanılması üçün nəzərdə tutulub. Burada pişiklər, itlər, quşlar, eləcə də akvariumda balıqlar saxlanılacaq.

Mehmanxana bir neçə zonaya bölünür. Onlardan birincisi quşlar, ikincisi pişiklər və itlər üçündür. Burada 32 “nömrə” var, onlardan 20-i böyük, “iki otaqlı” və 12-si kiçikdir. Burada həmçinin kinoloq kabineti, çimmə üçün yer, itlər üçün gəzinti və məşq meydançaları da mövcuddur. Pişiklərin saxlanması üçün 8 ikimərtəbəli boks ayrılıb.

Klinika və mehmanxananın təntənəli açılış mərasimindən sonra Sərdar Berdimuhammedov “Türkmən alabay itləri” Assosiasiyasına ölkə prezidenti Qurbanqulu Berdimuhammedovun adından 2019-cu ilin sentyabr ayında Aşqabad şəhərində açılan alabay yetişdirmə mərkəzində yetişdirilən alabay itləri hədiyyə edib.

Buna cavab olaraq ölkənin it yetişdiriciləri adından dövlət başçısına minnətdarlıq bildirilib və ona bala alabay təqdim edilib. Nəşrin yazdığına görə, tədbirdə iştirak etməyən Qurbanqulu Berdımuhammedovdan ona hədiyyə olunan bala alabaya ləqəb verməsi istənilib. Prezident onu “Palvan” (“Pəhləvan”) adlandırıb və ona şeir həsr edib:

“Sən cəngavərsən, mənim alabayım,
Sən cəsursan, mənim alabayım.
Lazım gələndə cəsarətlisən, mənim alabayım,
Türkmən xalqının fəxrisən, mənim alabayım!”

Palvan” prezidentin adından “Türkmən alabay itləri” sığınacağına təhvil verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər