Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib, 7 nəfər də yaralanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Zahir Əzimi verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, hücum Müdafiə Nazirliyi nümayəndələrinin avtobusuna təşkil edilib.
Partlayış nəticəsində ərazidəki evlərə də ciddi ziyan dəyib.
Hücumu Taliban terror təşkilatı üzərinə götürüb. Talibanın sözçüsü Zabiullah Mucahid verdiyi yazılı açıqlamada maşında olan 30 nəfərini öldüyünü qeyd edib. Taliban sözçüsü ABŞ və Əfqanıstan arasında İkitərəfli Təhlükəsizlik Müqaviləsinin imzalanması artan hücumların davam edəcəyi barədə xəbərdarlıq edib.
Bu arada Əfqanıstandakı NATO qüvvələrinin komandanı, ordu generalı John Kemble deyib ki, “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının silahlılarının Əfqanıstanda da fəaliyyət göstərməsi dəqiq deyil. Onun sözlərinə görə, Əfqanıstanda mülki şəxslərin edamı haqda yayılan xəbərlər yalan informasiyadır.
Bununla belə, general İŞİD-in bu ölkədəki fəaliyyətini də istisna etməyib.
Samir