Türkiyədə ötən sutka koronavirusdan daha 58 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 952 nəfərə çatıb.
Bundan başqa, son 24 saatda ölkədə 1 639 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 143 114 nəfərə çatıb.
Habelə bir gündə koronavirusa yoluxmuş 2 826 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 101 715 nəfərə çatıb.