17 May 2020 01:34
2 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın müxtəlif şəhərlərində yeni növ koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər minlərlə insan tərəfindən etirazla qarşılanıb.

Teleqraf.com xəbər erir ki, yüzlərlə insan paytaxt Berlində Bundestaq, Aleksandr və Roza Lüksemburq meydanında COVID-19 tədbirlərinə etiraz əlaməti olaraq aksiya keçirib.

Nümayişçilər "Sağlamlığa qarşı terroru dayandırın" və "Korona həyəcanı saxtadır" şüarları yazılan plakatlar qaldırıblar. Bu nümayişlərdə həddindən artıq sağçıların iştirak etməsi səbəbiylə solçular da sağçılar əleyhinə nümayişlər təşkil ediblər.

Polisin sosial məsafənin saxlanılmadığı və 50-dən çox insanın iştirak etdiyi etiraz aksiyalarının qadağan olunduğu barədə xəbərdarlığına məhəl qoyulmayıb. Bu səbəbdən xeyli insan saxlanılıb.


Müəllif: Nahid

Oxşar xəbərlər