20 May 2020 11:10
12 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 2012-ci ildə Suriya Prezidenti Bəşər Əsədlə görüşü haqda danışıb.

Teleqraf.com xəbər verir ki, sabiq Baş nazir Suriyadakı görüşlərdə Əsədi islahatlara dəvət etdiyini bildirib.

“2011-ci ilin yanvarından avqusta ayına qədər dəfələrlə Suriyaya getdim. Səkkiz ay ərzində həm Ərdoğan, həm də Abdullah Güllə Bəşər Əsədi yola gətirməyə çalışdıq. Son görüşümlə bağlı isə əfsanələr uydurulur.

2012-ci ilin avqust ayında Əsədlə təkbətək 6 saat sürən bir görüşüm oldu. Bir niyyətim vardı: Misirdə rejim devrildi, Tunisdə devrildi, Suriyada isə biz sənin yanındayıq, amma islahatlar apar. Dedim ki, bu dalğanı keç, xalq səni sevir, biz də sənin yanındayıq. Ona zəmanət verdik”, - Davudoğlu bildirib.

Sabiq Baş nazir medianın bu görüş haqda ağlasığmaz iddialar irəli sürdüyünü deyib: “Suriya kəşfiyyatına bağlı jurnalistlər də bəzi iddialar irəli sürürlər. Deyirlər ki, Davudoğlu gedib Əsədə bəzi şeyləri diktə edib. Həmin 6 saatlıq görüş dövlət sənədlərində qeyd olunub. Heç nə gizli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər