COVID-19-un ortaya çıxaraq dünyaya yayıldığı Çinin Uhan şəhərindən xaricə təyyarə uçuşları başlayıb.
Teleqraf.com xəbər verir ki, Yaponiya ANA hava yolu şirkəti Uhandan Tokioya uçuşlara başlayıb.
Qeyd edək ki, Uhanda karantin rejimi aprelin 8-də ləğv edilib. Bundan sona fabiklər və zavodlar fəaliyyətə başlayıb. İlkin məlumatlara görə, Uhana ilk uçuşları yük təyyrələri yerinə yetirəcək. İlk karqo təyyarəsi artıq Uhandan qalxaraq Tokionun Narita hava limanına enib.
Tibbi avadanlıq, elektrik malları və avtomobil ehtiyatları daşıdığı deyilən tayyarə Yaponiyaya 20 ton yük gətirib.
Xatırladaq ki, 2019-cu ilin 2 dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərindən virus qısa müddətə dünyaya yayıldı. Bundan sonra şəhərdə karantin elan edildi, beynəlxalq və yerli nəqliyyat fəaliyyətini dayandırdı.