Küçənin ortasında iki qrup arasında pul üstündə mübahisə silahlı atışmaya çevrilib. Film səhnələrini xatırladan silahlı qarşıdurma zamanı 1 nəfər güllələnib.
Teleqraf.com xəbər verir ki, olay İstanbulun Esenyurt bölgəsinin Atatürk küçəsində qeydə alınıb.
Taksi dayanacağında bir araya gələn iki qrup pul alış-verişi məsələsində razılıq əldə edə bilməyib. Söhbət mübahisəyə keçib və silahlar işə salınıb. Atışma zamanı Məsud Duman adılı şəxs vurulub. Onun dostları da silaha əl ataraq qarşı tərəfə atəş açıblar. Hadisə sakitləşdikdən sonra əraziyə təcili tibbi yardım və polis çağırılıb. Hadisə iştirakçıları aradan çıxıblar.
Polis 3 nəfəri həbs edib.