“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın əllərini bükdü, qazın İrəvanın istədiyi qiymətlə satılmasına razı olmadı”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı mütəxəssis Mixail Krutixin deyib.
Onun sözlərinə görə, Putin Avrasiya İttifaqının ötən gün baş tutan iclasında Belarusla yanaşı, Ermənistana da yeni qaz qiymətlərini müəyyən etməkdən imtina edib:
“Vladimir Putin Belarus və Ermənistan üçün aşağı qaz qiymətlərini müəyyən etməkdən imtina etdi. Qaz nəqli üçün vahid tarif yalnız vahid bazarda həyata keçirilə bilər, lakin bu günə qədər Avrasiya İqtisadi Birliyində belə inteqrasiya yoxdur. Belarus və Ermənistanın rəyinin əksinə olaraq, əvvəlcə inteqrasiya, sonra isə qiymətlərin müəyyən edilməsinə israr edir. Putinin sözlərinə görə, buna nail olunana qədər qaz qiymətləri bazar şərtləri əsasında formalaşdırılmalı, tədarükçülərin xərcləri və investisiyaları nəzərə alınmalı, eyni zamanda istehsalata yatırılan kapitalın uyğun gəlir dərəcəsi təmin edilməlidir”.
Erməni mediası isə Putinin qərarına belə şərh verib:
“Əvvəlcə vassallıq, sonra ucuz qaz… Əlbəttə, bu, ilk növbədə siyasətdir, iqtisadi və ticari baxımdan bunun çox az ümumi tərəfi var. Ermənistanla çətindir, çünki Ermənistanın bütün qaz sənayesi “Qazprom”a aiddir. Əvvəllər tədarük olunan qazdan yığılan borca görə, ölkənin bütün qaz sənayesini “Qazprom”a verdilər. Yəni qazı Ermənistana istədiyi qiymətə sata bilərlər. Bunun bazarla əlaqəsi yoxdur. Bu, Qazpromun daxili ticarətdir.
Ermənistanın Belarusla vəziyyəti eyni deyil. Bu baxımdan, Belarusun manevr imkanları daha genişdir. Ermənistanın seçimi yoxdur, çünki ölkənin qaz sənayesi “Qazprom”un içərisində yerləşir. Təsəvvür etmək belə çətindir ki, Ermənistan nə vaxtsa, “Qazprom”dan imtina edib İran və ya başqa bir ölkədən qaz ala biləcək.
Belarusa gəldikdə, məsələn, Polşadan qaz ala bildilər. Bəli, onlar Ermənistandan fərqli olaraq, istədiyi ölkədən qaz almaq üçün kəmər çəkə bilirlər. Yaxud Norveçdən Danimarka vasitəsilə tikilən bir boru kəməri ilə ala bilərlər”.