Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın Türkiyəyə qarşı qaldırdığı iddianı rədd edib.
Teleqraf.com xəbər verir ki, Kırklareli Pəhlivangöy Geri Göndərmə Mərkəzində 5 rus vətəndaşı koronavirusa yoluxma risklərinin olduğunu, Türkiyədə saxlanıldıqları mərkəzdə lazımi tədbirlər görülmədiyini əsas gətirərək təxliyə tələbi irəli sürüblər.
Saxlanma mərkəzində fiziki şərtlərin pis olduğu, uzun müddət havaya çıxarılmadıqlarını, sistemli xəstələndiklərini, müalicələrinin tam həyata keçirilmədiklərini önə sürərək məhkəmədə iddia qaldırıblar. İddiada onlara lazımi qədər gigiyenik maddələrin verilmədiyini, uşaqlarının lazımi səviyyədə qidalanmadığını, mərkəzdə kütləviliyin olduğunu bildiriblər.
AİHM 5 rusun iddiasını araşdırmaya qəbul edərək türk hökuməti ilə komunikasiyalara başlayıb. Türkiyə Ədliyyə Nazirliyinin Miqrasiya İdarəsi sağlamlıq, qida imkanları, saxlanma otaqlarının durumunu, saxlanılan şəxslərin virusdan qorunması üçün alınan tədbirlərlə bağlı sənəd, foto və videogörüntüləri məhkəməyə təqdim edib.
Avropa Məhkəməsi Türkiyə tərəfinin təqdim etdiyi bilgi və faktları araşdırdıqdan sonra rusların təxliyə tələbini rədd edərək, iddianın real faktlara söykənmədiyi nəticəsinə gəlib.