Qırğızıstan sərhədçilərinin Tacikistan ərazisinə girməsi nəticəsində növbəti dəfə münaqişə baş verib.
Axar.az xəbər verir ki, bunu Tacikistanın İsfarin rayonunun hökumət nümayəndəsi deyib.
“Qırğızıstan sərhədçiləri Tacikistan ərazisinə daxil olaraq Puli Oftobruya qışlağının sakinlərinin mal-qara otarmalarına mane olublar”, - nümayəndə bildirib.
Onun sözlərinə görə, daha sonra Tacikistan və Qırğızıstan sərhədçiləri arasında açışma baş verib. İnsident nəticəsində Tacikistan tərəfindən 1, Qırızıstan tərəfdən isə 2 nəfər yaralanıb.