24 May 2020 17:14
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Türkiyə prezidentləri Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında bu gün baş tutan telefon danışığında liderlər ticarətin bərpa edilməsi üçün tibbi tələblərə uyğun olaraq iki ölkə arsında hava və quru sərhədlərinin tezliklə açılmasının vacibliyini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edildiyi kimi Ərdoğan söhbət əsnasında Ruhaniyə Türkiyə və İran sərhədlərini açmaq və ticarətin bərpa edilməsi üçün lazımi göstərişlər verəcəyini vəd edib. İki ölkə prezidenti, həmçinin, koronavirus infeksiyası ilə birgə mübarizəni də müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə nəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlərin qaldırılması barədə razılığa gəlmişdilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər