Bu ilin noyabrında Londonda Əfqanıstan iqtisadi bazasının bərpası üçün sosial-iqtisadi inkişaf, stabil maliyyə-iqtisadi yardımının göstərilməsi yolları və perspektivlərinə həsr olunmuş geniş tərkibli beynəlxalq konfrans keçiriləcək.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə cümə günü Britaniyanın baş naziri Devid Kemeron Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni Ahmedzaem ilə danışıqların yekunları üzrə mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, London forumu Əfqanıstanın sabit inkişafına beynəlxalq dəstəyi səfərbər etmək məqsədi daşıyır: “Böyük Britaniya Əfqanıstanda təhlükəsizliyin deyil, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsinə kömək etmək istəyir”.
ABŞ və NATO-ya üzv ölkələrin dəfələrlə Əfqanıstana yardım etdiyini diqqətə çatdıran nazir 2012-ci ildə Tokioda aparılan müzakirələr zamanı Kabilə 2015-ci ilədək 16 milyard dollar yardım edildiyini bildirib.
Xatırladaq ki, Kemeron bu gün Əfqanıstana planlaşdırılmamış səfər edib.
Samir