1 İyun 2020 08:45
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salvador ərazisində hökm sürən “Amanda” qasırğası səbəbindən azı 9 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli DİN başçısı Mario Duran məlumat verib.

“Həlak olanların hesablanması davam edir”, - o deyib.

Nazir əlavə edib ki, ölkənin bəzi regionlarında elektrik enerjisinin verilişində problemlər müşahidə olunur.

Daha əvvəl Salvadorun Prezidenti Nayib Bukele qasırğa səbəbindən ölkədə 15 günlük fövqəladə vəziyyət elan olunduğunu bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər