Türkiyədə daha 23 nəfər koronavirusdan həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir qeyd edib ki, nəticədə COVID-19 infeksiyasından ölənlərin sayı 4 563 nəfərə yüksəlib.
Onun sözlərinə görə, daha 827 nəfərdə infeksiya aşkarlanıb, 974 xəstə isə müalicə olunaraq evə buraxılıb.