2 İyun 2020 12:33
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks üzrə keçmiş dünya çempionu Floyd Meyvezer afroamerikalı Corc Floydun ailəsinə onun dəfn xərcini ödəməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, “TMT Music” şirkətinin baş direktoru Enzel Cenninqs Corc Floydla uşaqlıqdan tanış olub. “TMT Music” şirkəti isə F. Meyvezerə məxsusdur.

Mənbə bildirir ki, Corc Floydun ailəsi məşhur boksçunun kömək təklifini qəbul edib.

Xatırladaq ki, afroamerikalı Corc Floyd 20 dollar dəyərində saxta çekdən istifadə etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra polis zabitlərindən biri Floydun boynunu asfalta doğru sıxıb. Saxlanılan şəxsin nəfəs ala bilmədiyini deyərək onu buraxması üçün yalvarmasına baxmayaraq polis zabiti onu bu vəziyyətdə altı dəqiqəyə yaxın saxlayıb. Bir müddət sonra Floyd huşunu itirib. Onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar, lakin həyatını xilas edə bilməyiblər.

Bu qətl ölkə daxilində iğtişaşlar dalğasına səbəb olub.


Müəllif: Səxavət