30 Aprel 21:00
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda ölkəni diz çökdürməyə və cəmiyyəti parçalamağa çalışan qara qüvvələr etnik münaqişələri qızışdırır, qardaşlar arasında birbaşa savaş və işğal yolu ilə qarşıdurma yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan ordusunun yaranmasının 33-cü ildönümünü münasibətilə Vaziani hərbi bazasında keçirilən tədbirdə Prezident Salome Zurabişvili deyib.

“Gürcüstan ordusu kimin düşmən və xeyirxah olduğunu, kimin bizi məhv etməyə çalışdığını və müasir müdafiə qüvvələri yaratmağa kömək etdiyini hər kəsdən yaxşı bilir”, - prezident bildirib.

Zurabişvili onu da qeyd edib ki, təxribat və qarşıdurmaya sövq edənlər ordu və vətənə qarşı olanlardır.

Tədbirdə çıxış edən Gürcüstan Baş naziri İrakli Kobaxidze prezidentə cavab verib.

Baş nazir Zurabişvilinin bir prezidentə yaraşmayan fikirlər səsləndirdiyini söyləyib:“Hər kəs andı pozduğuna görə Konstitusiya, xəyanətə görə isə Tanrı qarşısında cavab verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər