30 Aprel 22:12
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qələbəm atamın ad gününə ən yaxşı hədiyyədir"

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyeva bildirib.

Şahmatçımız qeyd edib ki, yarışa uzun müddət idi hazırlaşırdım:

"Dünəndən çox sağolsunlar məni təbrik edirlər. Başda Mehriban xanım olmaqla hər kəsə təşəkkür edirəm. Qələbəni atamın doğum gününə ən yaxşı hədiyyə olduğunu düşünürəm. Bakıya qayıdıram və qarşıdakı turnirə hazırlaşacam. Sentyabr ayında Macarıstanın Budapeşt şəhərində 45-ci Şahmat Olimpiadası gözləyir. O, yarışla bütün gücümlə hazırlaşıram"

Ülviyyə Fətəliyeva qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb. Şahmatçımız Gəncə Şahmat Məktəbinin yetirməsidir.


Müəllif: Mənbə/Publika.az