Yaponiya bütün dünya üzrə az təmin olunan əhali üçün vaksinin hazırlanması ilə məşğul olan beynəlxalq quruma 300 milyon dollar vəsait ayıracaq.
Teleqraf.com xəbər verir ki, Yaponiya hökuməti bu addımı vaksinlərin hazırlanması ilə məşğul olan Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) koronovirusla mübarizəni gücləndirmək barədə çağırışına cavab olaraq atacaq.
Xatırladaq ki, Yaponiya hökuməti həmin təşkilata 100 milyon dollar ayırmağı öhdəsinə götürsə də, sonradan bu rəqəmi 200 milyon dollara qaldırmışdı.
Bildirilir ki, hökumət gələn il keçiriləcək “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının baş tutması üçün vaksinin hazırlanmasına və istifadəsinə çalışır.