Səudiyyə Ərəbistanında ata azyaşlı oğlunu çiyinlərinə qədər quma basdırıb və ona qum yedizdirib.
Teleqraf.com xəbər verir ki, bunu özündə əks etdirən videogörüntünün sosial şəbəkələrdə ortaya çıxmasından sonra ölkədə əsl şok yaşanıb.
Səudiyyənin İnsan Haqları Komissiyası xüsusi açıqlama ilə çıxış edərək bildirib ki, baş verənlər uşaq hüquqlarının pozulması və təhlükəli davranışlardır.
Uşaq hüquqlarının qorunmasının hər kəsin məsuliyyəti olduğunu elan edən Komissiya elan edib ki, görüntülərlə bağlı fövqəladə tədbirlər görülüb.