6 İyun 2020 11:55
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

1,2 milyard uşaq lazımı texnologiyaya sahib olmadığı üçün pandemiya dövründə yetərli təhsil almaqdan mərhum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondunun (UNİSEF) müvafiq hesabatında qeyd olunub.

Hesabatda 127 ölkədə bağlanan məktəblərin yalnız 73 faizinin internet üzərində şagirdlərə təhsil verdiyi vurğulanır. Ancaq bir çox şagirdlər internetə çıxışı olmadığı üçün bu imkanlardan mərhum olub.

Qurumun rəsmisi Robert Jenkin bildirib ki, COVİD-19 pandemiyasından əvvəl də təhsil krizisi olub: “İndi isə getdikcə daha dərinləşən təhsil böhranını görürük”.


Müəllif: Cavad